• 25 Aprel 2024
logo
AFFA "Qarabağ" və "Neftçi" klublarını cərimələyib

AFFA "Qarabağ" və "Neftçi" klublarını cərimələyib

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Baymedia.az-ın məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının VIII turunda baş verənlər müzakirə olunub.
“Qəbələ” ilə oyunda ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Səbail”in futbolçusu Qustavo de Fransa 1 matç cəzalanıb, klub 200 manat cərimə olunub.
“Qarabağ” – “Neftçi” görüşündə hər iki klub cəzalanıb. 54-cü dəqiqədə komandaların azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün klublar hərəyə 4000 manat cərimələnib.

“Sumqayıt”ın azarkeşləri “Kəpəz”lə matçın başlanmasına bir dəqiqə qalmış meydançaya kənar əşyalar atıldığına görə klub 1600 manat ödəyəcək. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan Gəncə klubu 800 manat ziyana düşüb.