• 27 Aprel 2024
logo
Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəliləyib

Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəliləyib

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Baymedia.az məlumatına görə, Azərbaycan millisi dünyanın 123-cü komandasıdır.
Komandamızın aktivində 1146,72 xal var. Canni de Byazinin yetirmələri ötən cədvəllə müqayisədə 19,55 xallıq qazancla 5 pillə irəliləyib.
Buna millimizin qələbələri səbəb olub. Yığmamız Millətlər Liqasında Slovakiyanı 2:1, Qazaxıstanı 3:0 hesabı ilə məğlub edib. Komandamız 5 ölkəni - Malavi, Zimbabve, Qambiya, Toqo və Komor adalarını keçib.

Qardaş Türkiyə yığması 1460,14 xalla 45-cidir. “Ay-ulduzlular” ötən cədvəllə müqayisədə üç pillə geriləyib.

Qeyd edək ki, cədvələ 1841,30 xalla Braziliya başçılıq edəcək.