• 25 Aprel 2024
logo
Avropa Liqası: “Qarabağ”ın müdafiəçisi ilk 5-likdə

Avropa Liqası: “Qarabağ”ın müdafiəçisi ilk 5-likdə

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarında ən çox top uzaqlaşdıran futbolçuların siyahısında yer alıb.

Baymedia.az xəbər verir ki, bu barədə Avropa Liqasının rəsmi Feysbuk səhifəsi paylaşım edib.

25 yaşlı müdafiəçi 2 görüşdə 8 dəfə buna müvəffəq olub. Mustafazadə bu göstəriciyə görə 3-5-ci yerləri bölüşdürür.

İlk sırada "köhlən atlar"ın qrupdakı rəqibi Fransa "Nant"ında çıxış edən Nikolya Pallua (12) qərarlaşıb. Macarıstan "Ferentsvaroş"undan Sami Mmae (11) 2-ci pillədədir.

Qeyd edək ki, I turda Almaniyada "Frayburq"a 1:2 hesabı ilə uduzan "Qarabağ" II turda Bakıda "Nant"ı 3 cavabsız qolla məğlub edib.