• 27 Sentyabr 2022
logo
İslam oyunlarının açılış mərasimi başladı

İslam oyunlarının açılış mərasimi başladı

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi başlayıb.
Tədbir başlamamışdan əvvəl türk qırıcıları Konya Böyükşəhər Bələdiyyəsi Stadionunun üzərində nümunəvi uçuşlar həyata keçirərək, məharətlərini göstəriblər.
Tədbir isə Livan əsilli isveçli müğənni Maher Zain konsert proqramı ilə başlayıb.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 200 idmançı yarışır. Avqustun 18-dək davam edəcək İslamiadada Azərbaycanın ümumilikdə 281 idmançısı qüvvəsini sınayacaq.