• 24 Aprel 2024
logo
KİV: Kilian Mbappe PSJ ilə müqaviləni uzadacaq

KİV: Kilian Mbappe PSJ ilə müqaviləni uzadacaq

Fransa millisinin futbolçusu Kilian Mbappe PSJ klubunda qalacaq.

Bu barədə italiyalı tanınmış jurnalist Canluka Di Martsio bildirib.

Onun sözlərinə görə, 24 yaşlı hücumçu İspaniya "Real Madrid"inin təklifini rədd edib və Paris təmsilçisi ilə müqavilənin müddətini uzadacaq.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ilin avqustundan PSJ-də çıxış edir.