• 7 İyul 2022
logo
“Qarabağ”la “Neftçi”nin Avropadakı mövqeyi bilinib

“Qarabağ”la “Neftçi”nin Avropadakı mövqeyi bilinib

İFFHS-in dünya reytinqində yer alan Azərbaycan klublarının Avropadakı mövqeyi bəlli olub.
“Top-400”ə daxil edilən 404 klubdan 243-ü Avropa təmsilçisidir.
Bunlardan ikisi Azərbaycan klublarıdır. “Qarabağ”la “Neftçi” “köhnə qitə”də də güclülər sırasında yer alıb.
Qurban Qurbanovun yetirmələri 133 xalla Avropada 67-ci yerə şərikdir. Təmsilçimiz “Malmö” və “Ferensvaroş”la eyni göstəriciyə malikdir.
“Neftçi” isə Avropada 148-ci yeri bölüşür. 78,5 xalı olan Samir Abasovun komandası “Elfsborq” və “Başakşəhər”lə şərikdir.
Avropanın ən yaxşısı “Mançester Siti”dir. İngiltərə klubunun 300 xalı var.
Qeyd edək ki, dünya reytinqində “Qarabağ” 105-ci, “Neftçi” 263-cü yeri bölüşən klublar arasındadır.