• 29 Mart 2024
logo
“Real”ın əfsanəvi futbolçusu vəfat edib

“Real”ın əfsanəvi futbolçusu vəfat edib

“Real”ın əfsanəvi futbolçusu Fransisko Xento vəfat edib.
“kral klubu”nun fəxri prezidenti 88 yaşında dünyasını dəyişib.
Qısaca Pako Xento kimi tanınan mərhum futbol tarixində 6 avrokubok qazanan yeganə oyunçudur. O, 1953-1971-ci illər aralığında “Real”ın formasını geyinib, 18 mövsümdə 6 avrokubok, 12 La Liqa, 2 İspaniya kuboku, 1 Qitələrarası Kubok və 1 Kiçik Dünya Kubokunun qalib olub. “Real”da 600 oyun keçirən Gento 182 qol vurub. O, İspaniya yığmasının heyətində 43 beynəlxalq matçda iştirak edib.