• 27 May 2022
logo
Ronaldo: “Daha 4-5 il oynamağı planlaşdırıram”

Ronaldo: “Daha 4-5 il oynamağı planlaşdırıram”

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo karyerasını bitirməyə tələsmir.
FIFA-nın xüsusi “The Best” mükafatına layiq görülən Portuqaliya millisinin kapitanı beynəlxalq səviyyədə bütün zamanların ən yaxşı bombardiri olmaqdan qürur duyduğunu söyləyib.
O, hələ də oynamağa və qol vurmağa həvəsinin olduğunu vurğulayıb: “Beş yaşımdan futbol oynayıram. Meydançaya çıxanda, hətta məşqdə də motivasiyalı oluram. Tezliklə 37 yaşım tamam olacaq, amma özümü yaxşı hiss edirəm. Çox çalışmaqda davam edirəm, çünki futbolu sevirəm, ona həvəsim var. Daha 4-5 il oynamağı planlaşdırıram. Əgər bədəninizə yaxşı baxsanız, o zaman ehtiyacınız olanda sizə kömək edəcək”.
Qeyd edək ki, Portuqaliya millisinin heyətində qol sayını ötən il 115-ə çatdıran Kriştiano Ronaldu bu baxımdan rekordçudur.