• 19 Aprel 2024
logo
Fransa Pekin Olimpiadasının diplomatik boykotuna qoşulmayacaq

Fransa Pekin Olimpiadasının diplomatik boykotuna qoşulmayacaq

Fransa Pekin Qış Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulmayacaq.
"Reuters"in verdiyi xəbərə görə, bu barədə Fransanın təhsil naziri Jan-Mişel Blanker BFM TV-nin efirində deyib.
"Çinə gəlincə, uyğurlar kimi etnik azlıqlara qarşı təqibi, insan haqlarının pozulmasını pislədik, çinli tennisçi ilə bağlı narahatlığımızı ifadə etdik... Burada bizim mövqeyimiz dəqiqdir və aydındır. Amma Olimpiadanı boykot etmək tamam başqa məsələdir. Fransa bunu etməyəcək... İdman özlüyündə bir dünyadır, onu siyasi müdaxilədən qorumaq lazımdır, əks halda rəqabəti öldürə bilərik”, - deyə fransalı nazir bildirib.
Xatırladaq ki, dekabrın 6-da Ağ Ev bildirib ki, ABŞ Pekində keçiriləcək Qış Olimpiyadasında rəsmi nümayəndə heyəti göndərməyəcək. "Çinin Sincan əyalətində apardığı soyqırımı və insan haqları pozuntuları" diplomatik boykotun səbəbi kimi göstərilib. Diplomatik boykot amerikalı idmançıların Olimpiyadada iştirakına mane olmayacaq.