• 20 Aprel 2024
logo
“Barselona” bir mövsümdə 555 milyon avro ziyana düşüb

“Barselona” bir mövsümdə 555 milyon avro ziyana düşüb

“Barselona”nın 2020/21 mövsümün üçün maliyyə hesabatı yayımlanıb.
Kataloniya klubu ötən mövsüm ciddi şəkildə ziyana uğrayıb.
Hesabatda La Liqa təmsilçisinin 631 milyon avroluq gəliri fonunda 1 milyard 136 milyon avro məbləğində xərcə düşdüyü vurğulanıb. Bu isə o deməkdir ki, “Barsa” mövsüm ərzində 555 milyon avro ziyana düşüb.
2018/19 mövsümündə gəliri 990 milyon avro olan klubun qazancında 300 milyondan çox azalmanın yaşanması rəhbərliyi radikal qərarlara vadar edir. Bu üzdən kataloniyalılar daha bir neçə aparıcı oyunçusunu satmağı nəzərdən keçirir.