• 4 Dekabr 2021
logo
FHN əməkdaşı dünya çempionatında bürünc medal qazanıb

FHN əməkdaşı dünya çempionatında bürünc medal qazanıb

Portuqaliyanın paytaxtı Lissabon şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatına yekun vurulub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 43 ölkədən 350-dən çox idmançının mübarizə apardığı dünya çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat xilasetmə məntəqəsinin rəisi daxili xidmət çavuşu Vüqar Babayev də iştirak edib.
Mötəbər yarışın sonuncu günündə Vüqar Babayev (M-2, 66 kq) dünya çempionatının bürünc medalını qazanıb.