• 7 İyul 2025
logo
Daha bir paralimpiyaçımız qızıl medal qazanıb, Azərbaycanın medal sayı 16-ya çatıb

Daha bir paralimpiyaçımız qızıl medal qazanıb, Azərbaycanın medal sayı 16-ya çatıb

Azərbaycan yığması Tokio-2020 Paralimpiya Oyunlarında daha bir qızıl medal qazanıb.
Bu uğura üzgüçü Vəli İsrafilov imza atıb.
O, arxası üstə 100 m məsafəyə üzməkdə fərqlənib. Paraüzgüçümüz 1:04,86 nəticə ilə birinci yeri yeri tutaraq, çempion tituluna yiyələnib. O, həmçinin Oyunların rekordunu vurub.
Bununla da Azərbaycan millisinin Tokio-2020-dəki medallarının sayı 16-ya çatıb. Bu mükafatlardan 11-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür.