• 16 Dekabr 2019
logo
add image
Futbol turnirinin qalibi müəyyənləşib

Futbol turnirinin qalibi müəyyənləşib

Abşeron rayonu Mehdiabad qəsəbəsində keçirilən futbol üzrə xatirə turniri başa çatıb. Mehdiabad Futbol Klubunun təşəbbüsü ilə ənənəvi təşkil edilən turnir bu il tanınmış ziyalı, qəsəbə 1 nömrəli tam orta məktəbin tarix müəllimi Arif Həsənovun xatirəsinə həsr olunub. 6 komandanın iştirakı ilə keçirilən yarışların final mərhələsində qəsəbənin gənclərdən ibarət "Xəmsə” və orta yaş təmsilçilərinin formalaşdırdığı "Turan” komandaları qarşılaşıb. Oyunun əsas və əlavə vaxtlarında hesab açılmayıb. Qalib 11 metrlik cərimə zərbələri nəticəsində müəyyənləşib. "Turan” komandası 6:5 hesabı ilə qalib gəlib. Turnirin bağlanış mərasimində Arif Həsənovun ailə üzvləri, qəsəbə ziyalıları, təhsil ocaqlarının müəllim və şagird kollektivləri, dostları iştirak ediblər. Tədbirdə nitq söyləyənlər Arif Həsənovun xatirəsinin qəlblərdə daim yaşayacağını bildirib, mərhum ziyalımızın təhsilin inkişafı, gənclərin yüksək savad almaları istiqamətində gördüyü işlərdən danışıb, onun müəllim peşəsinin nüfuzunu uca tutduğunu diqqətə çatdırıblar. Turnirin qalibi – "Turan” komandasına kubok verilib. Hər 3 komanda Mehdiabad Futbol Klubu tərəfindən medal və diplomlarla mükafatlandırılıblar.