• 13 İyul 2025
logo
Futbol dünyasında şok hadisə: Polis qapıçını güllələdi - VİDEO

Futbol dünyasında şok hadisə: Polis qapıçını güllələdi - VİDEO

Braziliya futbolunda növbəti ağlasığmaz qalmaqal yaşanıb.

Baymedia.az xəbər verir ki, "Qremio Anapolis" klubunun qapıçısı Ramon Souza Qoyas əyalətinin ikinci divizionun 12-ci turunun "Sentro Oeste" ilə oyunundan (1:2) sonra güllə yarası alıb.

Matç başa çatdıqdan sonra futbolçuların iştirakı ilə iğtişaşlar başlayıb. Polis əməkdaşlarından biri rezin güllə ilə atəş açaraq Souzanın ayağını nişan alıb. 22 yaşlı futbolçuya təcili tibbi yardım göstərilib.

“İyulun 10-da stadionda olanların təhlükəsizliyini qorumalı olan bir adamın dəhşətli, ağlasığmaz və cinayət əməli oyunçularımızdan birinə qarşı amansız və çirkin hərəkəti ilə yadda qaldı. Bu, heç vaxt unudulmayacaq. Klub bu cinayətin cəzasız qalmaması üçün günahkarın cəzalandırılması və ədalətin bərqərar olması üçün tədbirlər görəcək”, - deyə "Qremio Anapolis" sosial şəbəkə hesabında bildirib.