• 16 İyul 2024
logo
Avro-2024: Niderlandın Fransa sınağı

Avro-2024: Niderlandın Fransa sınağı

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq.

Baymedia.az xəbər verir ki, günün ilk qarşılaşması Düsseldorf şəhərində, Slovakiya və Ukrayna seçmələri arasında baş tutacaq.

D qrupunun oyununda isə Polşa və Avstriya komandaları paytaxt Berlində münasibətlərinə aydınlıq gətirəcəklər.

Bu qrupun Niderland - Fransa qarşılaşması günün son matçı olacaq. Qarşılaşma Leyptsiq şəhərində gerçəkləşəcək.

Avro-2024

21 iyun

II tur

E qrupu

17:00. Slovakiya - Ukrayna

Baş hakim: Maykl Oliver (İngiltərə).

Düsseldorf, "Esprit Arena".

D qrupu

20:00. Polşa - Avstriya

Baş hakim: Halil Umut Meler (Türkiyə).

Berlin Olimpiya Stadionu.

23:00. Niderland - Fransa

Baş hakim: Entoni Teylor (İngiltərə).

Leyptsiq, "Red Bull Arena".