• 23 Oktyabr 2024
logo
Avro-2024: Şotlandiya-İsveçrə matçında tarazlıq pozulmadı

Avro-2024: Şotlandiya-İsveçrə matçında tarazlıq pozulmadı

2024.06.19 - 23:05

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turu çərçivəsində günün son matçı start götürüb.

Baymedia.az xəbər verir ki, A qrupunun görüşündə Şotlandiya İsveçrə ilə qarşılaşır.

Oyunu slovakiyalı İvan Krujlyak idarə edir.

***

13-cü dəqiqədə şotlandlar hesabda önə çıxıb.

İsveçrəlilərin heyətində Fabian Şer avtoqol müəllifi olub.

***

Xerdan Şakiri matçın 25-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1.

***

Şotlandiya - İsveçrə matçı 1-1 hesabı ilə başa çatdı.