• 23 Oktyabr 2024
logo
Cef Monson islam dinini niyə qəbul etdiyini açıqladı

Cef Monson islam dinini niyə qəbul etdiyini açıqladı

Qarışıq döyüş növləri üzrə döyüşçü Cef Monson islam dinini qəbul etmək qərarının səbəbini açıqlayıb.

Baymedia.az xəbər verir ki, o, Matç TV-yə açıqlamasında uzun müddət islam dini barədə düşündüyünü deyib.

"Bu din haqqında çox şey bilirəm. İslam dininin nümayəndəsi olan çoxlu dostlarım var. Bu, insanlar arasında qardaşlıq, dostluq münasibətləri, hər bir qonşunuza məhəbbətdir. Mənim üçün bu, həyatda ən vacib şeydir, ona görə islamı seçdim. Dörd-beş il bu barədə düşündüm", - Monson bildirib.

Qeyd edək ki, ötən il 53 yaşlı Monson ABŞ pasportunu təhvil verib və Rusiya vətəndaşlığını qəbul edib.