• 23 Oktyabr 2024
logo
Avropa Liqası: “Zirə” üçün 4 potensial rəqib

Avropa Liqası: “Zirə” üçün 4 potensial rəqib

Bu gün “Zirə” klubunun UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olacaq.

Baymedia.az xəbər verir ki, Bakı təmsilçisinin mümkün rəqibi İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.

I təsnifat mərhələsində “Şerif” komandası ilə qarşılaşacaq “qartallar” Moldova klubunu keçəcəyi təqdirdə, II raundda aşağıdakı komandalardan biri ilə üz-üzə gələcək:

“Panatinaikos”(Yunanıstan)

“Makkabi” (Petah Tikva, İsrail)

“Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi

“Pakş” (Macarıstan) – “Korvinul” (Rumıniya) cütünün qalibi

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.