• 23 Oktyabr 2024
logo
AÇ-2024: Polşa və Serbiya çətin sınaq qarşısında

AÇ-2024: Polşa və Serbiya çətin sınaq qarşısında

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün daha 3 oyun keçiriləcək.

Baymedia.az xəbər verir ki, günün ilk matçı D qrupunda Polşa və Niderland yığmaları arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Digər iki oyun isə C qrupunda reallaşacaq. Danimarka Sloveniyanı, İngiltərə isə Serbiyanı sınağa çəkəcək. Görüşlər müvafiq olaraq, saat 20:00 və 23:00-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.