• 22 İyun 2024
logo
“Neftçi” Bojoviçlə yollarını ayırdı

“Neftçi” Bojoviçlə yollarını ayırdı

“Neftçi” futbol klubu baş məşqçisi Miodraq Bojoviç ilə yollarını ayırıb.

Baymedia.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

“Ağ-qaralar” M.Bojoviç ilə olan müqavilənin müddətinin uzadılmaması barədə qərar verib. Klub monteneqrolu məşqçiyə gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Neftçi” ötən ilin sonunda komandaya baş məşqçi təyin olunan mütəxəssisin rəhbərliyi ilə mövsümü beşinci yerdə bitirib və avrokuboklara vəsiqə qazana bilməyib.