• 27 İyul 2024
logo
Avropa çempionatı: Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə başlayırlar

Avropa çempionatı: Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə başlayırlar

Bakıda keçirilən U-23 Avropa çempionatında bu gün Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə start verəcəklər.

Baymedia.az xəbər verir ki, Elman Ağayev (57 kiloqram), Musa Ağayev (65 kiloqram), Kənan Heybətov (70 kiloqram), Əli Tsokayev (79 kiloqram) və Rəvan Musayev (97 kiloqram) yarışa təsnifat mərhələsindən başlayacaqlar.

Bu gün, həmçinin qadın güləşçilərdən Elnurə Məmmədova (53 kiloqram) və Jalə Əliyeva (57 kiloqram) qızıl, Mərziyyə Sadıqova (72 kiloqram) isə bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatının ilk 4 günündə Azərbaycan ümumilikdə 9 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) isə bürünc medala yiyələniblər.