• 16 İyul 2024
logo
Azərbaycanın bədii gimnastları Avropa çempionatına medalla başlayıblar

Azərbaycanın bədii gimnastları Avropa çempionatına medalla başlayıblar

Azərbaycanın bədii gimnastları Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Avropa çempionatına uğurlu start veriblər.

Baymedia.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, milli komandamız yarışın ilk günündə medal qazanıb.

Gənc fərdi gimnastlar - Gövhər İbrahimova (halqa/ 30,050), Şəms Ağahüseynova (lent/ 29,000), İlahə Bahadirova (top/ 29,850) və Fidan Qurbanlı (gürzlər/ 28,500) komanda hesabında ümumilikdə 117,400 xalla bürünc mükafata sahib çıxıblar.

Fəxri kürsünün ilk pilləsində Rumıniya, 2-ci sırada isə İsrail komandası yer alıb.

Bundan başqa gənc gimnastlarımızın dördü finalda iştirak hüququ qazanıb. Bu gün isə böyük fərdi gimnastlarımız öz bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, bədii gimnastika üzrə Avropa çempionatı “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yarışa mayın 26-da yekun vurulacaq.