• 16 İyun 2024
logo
ÇL-in 2026-cı ildəki final oyunu bu şəhərdə olacaq

ÇL-in 2026-cı ildəki final oyunu bu şəhərdə olacaq

2026-cı ildə UEFA Çempionlar Liqasının final görüşünə ev sahibliyi edəcək stadionun adı açıqlanıb.

Baymedia.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həlledici oyun Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçiriləcək.

Bu barədə qərar UEFA İcraiyyə Komitəsinin İrlandiyanın paytaxtı Dublində təşkil olunan iclasında qəbul edilib.

Qeyd edək ki, 2025-ci ildə Çempionlar Liqasının finalı Almaniyanın Münhen şəhərindəki "Allianz Arena"da baş tutacaq.