• 25 İyun 2024
logo
Azərbaycanda yeni komanda yaradıldı

Azərbaycanda yeni komanda yaradıldı

Azərbaycanda “Baku Fleyms” (Baku Flames) adlı 3x3 qadın basketbol komandası yaradılıb.

Baymedia.az Prosport.az-a istinadən xəbər verir ki, “Baku Fleyms” 3x3 basketbolu üzrə Qadın Seriyası turnirinin 3-cü mərhələsi olan Qəbələ turnirində (2-3 iyun) debüt edəcək. Əldə olunan məlumata görə, bu komandada ötən mövsüm Azərbaycan millisi adından oynamış basketbolçuların bəziləri çıxış edəcəklər. Bunlar Sali Əl-Xuri, Ləman İbrahimova, Binata Rizvanova, Nailə Əlisultanova, Həvva Nastakalova və Evelina Yaşayevadır.

Həmçinin “Baku Fleyms”in 20-21 iyulda Quba və 17-18 avqustda Bakı mərhələsində də çıxış edəcəyi dəqiqdir.

Qeyd edək ki, ötən mövsüm bu turnirdə Azərbaycanı klub kimi “Neftçi” uğurla təmsil edib. Hazırda “Neftçi”nin heyətindəki oyunçular yeni mövsümdə Azərbaycan millisi adından çıxış edəcəklər.

Əlavə edək ki, bu turnirin hər mərhələsində qalib komanda 14 min, 2-ci yer 10 min, 3-cü yer 8 min, 4-cü yer 6 min, 5-ci yer 4 min, 6-cı yer 3 min, 7-ci yer 2 min və 8-ci yer 1000 ABŞ dolları əldə edir.