• 27 İyul 2024
logo
Azərbaycan I Liqasında VAR sistemi... - Rəsmi

Azərbaycan I Liqasında VAR sistemi... - Rəsmi

Azərbaycan I Liqasında keçiriləcək “Qaradağ Lökbatan”-“Şamaxı” oyununda VAR (Video Köməkçi Hakim) sistemindən istifadə olunacaq.

Baymedia.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Çempionluq yolunda böyük əhəmiyyət kəsb edən qarşılaşma mayın 16-da, saat 17:00-da başlayacaq.

Qeyd edək ki, sona iki tur qalmış “Qaradağ Lökbatan” 53 xalla liderdir. Rəqibindən iki xal az toplayan qonaqlar ikinci pillədə qərarlaşıb.