• 19 May 2024
logo
Avropa Liqası: 1/4 finalın cavab görüşləri

Avropa Liqası: 1/4 finalın cavab görüşləri

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçiriləcək.

Baymedia.az xəbər verir ki, "Bayer 04" "Vest Hem"lə bu dəfə səfərdə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinalda “Benfika”-“Marsel” və “Liverpul”-“Atalanta” cütünün qalibləri üz-üzə gələcək. “Milan”-“Roma” və “Bayer 04”-“Vest Hem” duellərinin qalibləri isə yarımfinal mərhələsinin digər görüşündə qarşılaşacaqlar.

UEFA Avropa Liqası

1/4 final, cavab oyunlar

18 aprel

23:00. “Roma” (İtaliya) – “Milan” (İtaliya)

İlk oyun - 1:0.

23:00. “Atalanta” (İtaliya) – “Liverpul” (İngiltərə)

İlk oyun - 3:0.

23:00. “Vest Hem” (İngiltərə) – “Bayer 04” (Almaniya)

İlk oyun - 0:2.

23:00. “Marsel” (Fransa) – “Benfika” (Portuqaliya)

İlk oyun - 1:2.