• 21 May 2024
logo
“Qarabağ” - Avropanın qol maşını

“Qarabağ” - Avropanın qol maşını

“Qarabağ” Azərbaycan Premyer Liqasındakı yüksək məhsuldarlıqlı oyunlar seriyasını 6-ya çatdırıb.

Baymedia.az İdman.biz-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri son altı turda üçdən az qol vurmayıb.

Ağdamlılar XXIX turda “Səbail”in qapısından 4 top keçiriblər – 4:2. Ölkə çempionu bunadək “Qəbələ”ni 4:0, “Neftçi”ni 4:1, “Zirə” və “Turan Tovuz”u 3:1, “Kəpəz”i 6:1 hesabı ilə məğlub edib.

“Qarabağ”ın 3 qol vura bilmədiyi son komanda “Sumqayıt” olub. Fevralın 25-dəki görüşdə Ağdam təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Bu, Avropada ən uzun belə seriyadır. Qitənin başqa heç bir klubu ardıcıl 6 matçda 3 və ya daha çox top vurmayıb.

Avropada 1-ci olan “Qarabağ” dünyada 2-ci göstəriciyə malikdir. Dünya rekordu isə “Albireks”ə məxsusdur. Sinqapur klubu son 7 görüşdə 3 və ya daha çox qol vurub.

Qeyd edək ki, “Qarabağ” XXX turda “Sabah”ın qonağı olacaq.