• 29 Aprel 2024
logo
“Turan Tovuz” Premyer Liqada yubiley qələbəsini qazanıb

“Turan Tovuz” Premyer Liqada yubiley qələbəsini qazanıb

Azərbaycan Premyer Liqasının XXIX turunun “Sabah”la oyunundakı qələbə “Turan Tovuz” üçün əlamətdar olub.

Baymedia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn qərblilər 20-ci qələbəsini əldə edib.

Premyer Liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi bu yubileyi 65-ci oyununda rəsmiləşdirib. Tovuzlular 11 dəfə evdə, 9 dəfə səfərdə üç xal qazanıblar. Bölgə təmsilçisi Azərbaycan çempionatları tarixinə ən azı 20 qələbə qazanan 39-cu komanda kimi düşüb.

Qeyd edək ki, “Turan Tovuz”un Premyer Liqadakı ilk qələbəsi 2022-ci il avqustun 13-nə təsadüf edib. Qərblilər səfərdə “Səbail”i 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın