• 21 May 2024
logo
“Neftçi”nin kapitanından yubiley qolu

“Neftçi”nin kapitanından yubiley qolu

“Neftçi”nin futbolçusu Emin Mahmudov Azərbaycan çempionatlarında 40-cı qolunu vurub.

Baymedia.az xəbər verir ki, paytaxt təmsilçisinin kapitanı Azərbaycan Premyer Liqasının XXIX turunun “Sumqayıt”la ev matçında (1:1) fərqlənib.

Ölkə çempionatında yalnız “ağ-qaralar”ın heyətində çıxış edən 32 yaşlı yarımmüdafiəçi bütün qollarını Bakı klubunda vurub. O, 2017-2018-ci illər mövsümündən “Neftçi”nin formasını geyinir.

Qeyd edək ki, Emin Mahmudov klubun tarixində Azərbaycan çempionatlarında ən azı 40 qol vuran 5-ci futbolçudur.