Azərbaycan FIFA dərəcəli qadın hakimi Fəridə Lütfəliyeva UEFA-dan yeni təyinat alıb.
Baymedia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində C liqasının 3-cü qrupunun Monteneqro – Andorra oyununda ədaləti qoruyacaq.
F.Lütfəliyevaya Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər. Maltalı Yoanna Vassallo isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, aprelin 5-də Monteneqronun Podqoritsa şəhərindəki “Qradski Podqoritsa” stadionunda keçiriləcək görüş saat 18:30-da başlayacaq.