• 27 Aprel 2024
logo
Daha bir azyaşlını it dişlədi

Daha bir azyaşlını it dişlədi

Bərdədə 7 yaşlı uşağı it dişləyib.

Baymedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.

2017-ci il təvəllüdlü Dəniz Kənan qızı Rəhimova həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək azyaşlını dişləyib.

Uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.