• 17 Aprel 2024
logo
Bakıda orta aylıq əmək haqqı açıqlandı

Bakıda orta aylıq əmək haqqı açıqlandı

2023-cü ildə Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1 183 manat olub.

Bu barədə Baymedia.az-a Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.

Bildirilir ki, orta aylıq nominal əmək haqqı 2022-ci illə müqayisədə 6,8% çoxdur.

Xatırladaq ki, 2023-cü ilin ilkin məlumatlarına əsasən Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal maaşı 2022-ci ilə nisbətən 11,2% artaraq 933,8 manata çatıb.