• 19 May 2024
logo
Nazir Aygün Bəylərin qızını himayəsinə götürdü

Nazir Aygün Bəylərin qızını himayəsinə götürdü

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mərhum əməkdar artist Aygün Bəylərin övladı Canan Hümmətovanı himayəsinə götürüb.

Baymedia.az-ın Unikal-a istinadən verdiyi məlumata görə, nazir Cananın xərclərini qarşılayıb. C.Hümmətova Bakı şəhərində yerləşən 20 saylı orta məktəbdə 8-ci sinifdə təhsil alırdı. K.Heydərov bundan sonra sənətçinin qızının Avropa Azərbaycan Məktəbində oxumasını məsləhət görüb və illik təhsil haqqını da ödəyib.

Qeyd edək ki, Aygün Bəylər Kəmaləddin Heydərovun bəslədiyi bir neçə məşhur mahnının ifaçısı olub. Bunlar "Qalanı xatirədir", "Özün günahkarsan", "İlahi", "Nə Yaxşı ki, Sən Varsan" mahnılarıdır.

Xatırladaq ki, Avropa Azərbaycan Məktəbi Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur.