• 13 Aprel 2024
logo
Bakıda duman olacaq, görmə məsafəsi məhdudlaşacaq

Bakıda duman olacaq, görmə məsafəsi məhdudlaşacaq

Bakıda və Abşeron yarımadasında fevralın 12-si axşamdan 15-dək fasilələrlə duman olacağı gözlənilir.

Baymedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var.