• 21 Fevral 2024
logo
Son sutkada ölkəmizdə neçə nəfər koronadan ölüb?

Son sutkada ölkəmizdə neçə nəfər koronadan ölüb?

Azərbaycanda son 1 həftə ərzində (4-10 dekabr) koronavirus (COVİD-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Baymedia.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 17 yeni yoluxma faktı qeydə alınıb.

COVİD-19-a yoluxan 12 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 834 189 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 770 nəfər müalicə olunaraq sağalıb, hazırda 42 aktiv xəstə var. Bu günə qədər 10 377 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 089, bu günə qədər isə ümumilikdə 7 721 568 test icra olunub.

Eyni zamanda ölkədə son həftə ərzində 24 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 921 olub.