• 27 İyul 2024
logo
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibələr təşkil ediləcək.

Bu barədə Baymedia.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə 2023-cü il noyabrın 16-da müsabiqədə iştirak etmiş şəxslər dekabrın 12-si saat 23:59-a qədər BŞTİ-nin saytındakı linkə daxil olaraq vakant yerlərdən birini seçməklə qeydiyyatdan keçə bilərlər.