• 2 Mart 2024
logo
Kür-Bakı su kəmərinin bir hissəsi yenidən qurulur

Kür-Bakı su kəmərinin bir hissəsi yenidən qurulur

Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt avtomobil yolunun 19-cu kilometrindəki hissəsi yenidən qurulacaq.

Baymedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Vurğulanıb ki, artıq bununla bağlı hazırlıq işləri başlayıb. Yenidənqurma işləri çərçivəsində kəmərin diametri 1400 mm olmaqla, 800 m uzunluğundakı hissəsi dəyişdiriləcək.

Qeyd edək ki, cari il mayın 2-də sözügedən ərazidə qəza baş verib.