• 27 İyul 2024
logo
Sabah Naxçıvanın bu ərazilərində su olmayacaq

Sabah Naxçıvanın bu ərazilərində su olmayacaq

Naxçıvan şəhəri 10-cu küçə ərazisində su xəttində qəza baş verib.

Baymedia.az xəbər verir ki, bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, qəzanın aradan qaldırıması üçün aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 30 noyabr 2023-cü il tarixdə səhər saat 09:00-dan axşam saat 21:00-dək şəhərin 56, 58, 59, 60, 61-ci məhəllələrinə, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinə suyun verilməsi müvəqqəti dayandırılacaq.

Qeyd edilib ki, Əliqulu Qəmküsar və Babək məhəllələrində isə suyun təzyiqində azalmalar olacaq.