• 27 İyul 2024
logo
Müharibəyə könüllü qatılan məktəb direktoru dünyasını dəyişib

Müharibəyə könüllü qatılan məktəb direktoru dünyasını dəyişib

Saatlıda minlərlə insanın axışıb gəldiyi izdihamlı vida mərasimindən sonra düşündüm ki, Eldost müəllimin Saatlı rayonunda qazandığı bu hörməti, izzəti heç kimlə müqayisə edə bilməyəcəm.
"Mən bu eldə, obada hər hansı bir insana bənzədim ki, Eldost müəllimi, məzarının üstündə minlərlə insan qəhərlənib ağlamış olsun...."
Eldost müəllim bu hörməti öz hərəkəti, davranışı, Vətənə sevgisi, ləyaqəti ilə qazanmışdı.
Rayonda iştirak etdiyim dəfn mərasimlərindən ən izdihamlısı idi məncə, eşidən bilən bütün rayon əhalisi əyağa qalxmışdı, çiyinlərində yorulmadan, yaşadığı evindən direktoru olduğu məktəbə, oradan isə bir neçə km. məsafədə olan məzarlığa daşıdılar onun nəşini.
Bu Eldost müəllimə olan istəyin təzahürü idi. İnsanlar onu sanki elə qollarinda saxlayıb, torpağa tapşırmaq istəmirdilər.
Hamı ğöz yaşı axıdırdı. Belə bir formalaşmış şəxsiyyətin 44 yaşında torpağa tapşırılmasını heç kim istəmirmiş kimi görünürdü.
Heyf səndən Eldost müəllim! Evindən yox, elindən getdin.
Saatlı öz fəxr olunası igidini itirdi, çox heyf.
Belə şəxsiyyət yetişdirmək bir də qismət olmayacaq, düşünürəm...
Çünkü o, xalq içində qazandığı hörmətinin bir hissəsini məktəbdə işlədiyi müddətdə Prezidentimiz tərəfindən “Tərəqqi” medalı ilə təltif olunanda, qalan hissəsini 44 günlük müharibəyə direktor vəzifəsindən, ehtiyatda olan zabit kimi könüllü olaraq qatılması və döyüşlərdə göstərdiyi sücayəti nəticəsində qazanmışdı. Buna cəsarət etmişdi və çox uğurlu alınmışdı. Əlinə silah alıb axıra qədər vuruşub, sonra isə gəlib direktorluq işimi davam etdirirdi .
O, bütün 44 günlük müharibə ərəfəsində örnək olan nümunələrdən birinə çevrilmişdi. "Müharibəyə könüllü qatılan direktor"…
Bütün qəzet və medialar bu haqda yazilar dərc edirdi, TV-lər reportajlar hazırlayıb verirdilər.
Müsahibələrindən birində ona sual olunmuşdu: "Necə oldu ki könüllü müharibəyə qatildınız". Cavab olaraq "Qarabağ münaqişəsi oğlum Mustafaya qalmasın düşünərək qoşuldum" demişdi. Eldost müəllim kimi yaşlı nəsildən olan atalar, əmilər, dayılar, veteranlar bu müharibəyə qoşularaq, milyonlarla gəncin azad, bütöv Azərbaycanda firavan yaşaması üçün şərait yaratdılar.
Həqiqətən də bu günlər “Qarabağ bugünkü qədər bizim olmamışdı”, desək yanılmarıq. Minlərlə belə igidimiz ölümdən qorxmadan, 44 günlük mühribəyə qatılaraq “Dəmir Yumruq” ətarfında birləşib, düşmənə dərs verdi, artıq gələcək nəsillər üçün əmin-əmanlıq yarandi, güllə səsləri birdəfəlik kəsildi.
Dövləti qüdrətli edən onun ağıllı, savadlı, cəsarətli, fərasətli, qorxmaz vətəndaşlarıdı, Eldost kimi müəllimləridi.
Xatirladım ki, Eldost müəllim 2011-ci il tarixdən Riyaziyyat fənni üzrə müəllim işlədiyi Əhmədbəyli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmuşdu. Direktor İşlədiyi müddət ərzində Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 oktyabr tarixli 3177 nömrəli sərəncamı ilə Azayev Eldost Səmidağa oğlu Tərəqqi medalı ilə təltif olunmuşdu .Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları təltif olunmuşdur.
2020-ci ildə Leytenant olaraq könüllü qatıldığı 44 günlük müharibədə baş leytenant rütbəsi, Cəbrayılın və Qubadlının azad olunması medalları ilə təltif olunmuşdu.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə "Vətən müharibəsi iştirskçısı" medalı ilə təltif ediımişdi.
Mərhumun özündən sonra 17 və18 yaşlarında övladları qaldı.
Təklif edirəm ki, yaşadığı kənd və direktoru olduğu məktəb bundan sonra onun adını daşısın, büstü qoyulsun.,, Bu hamının ürəyincə olar.
Yerin cənnət Əmi oğlu. Sizi hər zaman sevgi və hörmətlə anacağıq.
Başınız sağ olsun saatlılar!
Allah rəhmət eləsin.

Laçın Abasov