• 2 İyul 2025
logo
Daha 25 ailə Laçına yola salındı

Daha 25 ailə Laçına yola salındı

Bu gün daha 96 keçmiş məcburi köçkün Laçın şəhərinə yola düşüb.

Baymedia.az xəbər verir ki, oktyabrın 16-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 25 ailə – 96 nəfər köçürülür.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 272 ailə, yəni 1 052 nəfərin daimi məskunlaşması təmin edilib.