Urmiya gölündə ekoloji vəziyyət faciəvi durumdadır.
Baymedia.az xəbər verir ki, bunu Qərbi Azərbaycan əyalətinin Maku, Çaldıran və Poldəşt şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məhəmməd Əlipur yerli mediaya müsahibəsində deyib.
O, gölün tamamilə quruduğunu, bir neçə kiçik hissədə az miqdarda su qaldığını və payız yağıntılarının normal olacağı təqdirdə suyun nisbi artacağını bildirib:
"Ekoloji vəziyyət fəlakət səviyyəsinə çatıb. İş bizim əlimizdən çıxıb, artıq Allahın ümidinə qalıb".
Qeyd edək ki, Məhəmməd Əlipur parlament seçkiləri ərəfəsindəki təbliğat-təşviqat kampaniyasında Urmiya gölünün bərpa ediləcəyini seçicilərə söz vermişdi.