• 9 May 2025
logo
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Baymedia.az-a verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60% olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə leysan olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.