• 5 Oktyabr 2023
logo
Bakıda itkin düşmüş şəxslərlə bağlı konfrans başladı

Bakıda itkin düşmüş şəxslərlə bağlı konfrans başladı

Bakıda “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.

Baymedia.az xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təmsilçiləri, Azərbaycandakı diplomatik korpusun nümayəndələri və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.