• 19 Mart 2024
logo
Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Baymedia.az-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 831 873 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 572 nəfər müalicə olunaraq sağalıb, 10 280 nəfər vəfat edib, aktiv xəstə sayı 21 nəfərdir.
Ölkədə son sutka ərzində 678, hazırkı dövrədək isə 7 629 576 test aparılıb.