• 19 Mart 2024
logo
Son sutkada neçə nəfər koronaya yoluxub?

Son sutkada neçə nəfər koronaya yoluxub?

Azərbaycanda son sutka ərzində koronavirus (COVİD-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Baymedia.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 6 yeni yoluxma faktı qeydə alınıb.
COVİD-19-a yoluxan 9 nəfər sağalıb.
İki nəfər dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 831 859 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 539 nəfər müalicə olunaraq sağalıb, hazırda 43 aktiv xəstə var. Bu günə qədər 10 277 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 472, bu günə qədər isə ümumilikdə 7 625 572 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 68 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 965 826 olub.