• 29 Mart 2024
logo
Bakının 2 rayonunda su kəsiləcək

Bakının 2 rayonunda su kəsiləcək

İyunun 2-də səhər saatlarından başlayaraq gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Baymedia.az-a "Azərsu" ASC-dən bildirilib.
Məhdudiyyətlərin səbəbi magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.
"Azərsu" yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.