• 23 Oktyabr 2024
logo
Müavinət və təqaüd alanların nəzərinə!

Müavinət və təqaüd alanların nəzərinə!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Baymedia.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Xatrıladaq ki, Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncamına əsasən pensiyalar 14,7 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılıb.

Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən bu yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat xərclənəcək.