• 19 Aprel 2025
logo
AQTA aptekləri yoxladı: 69-unda uyğunsuzluq…

AQTA aptekləri yoxladı: 69-unda uyğunsuzluq…

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin yanvar və fevral ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 96 aptekdə yoxlama aparılıb.

AQTA-dan Baymedia.az-a verilən məlumata görə, 93-ü planlı, 3-ü isə plandankənar həyata keçirilən yoxlamalar zamanı 27 aptekin nəticəsi qənaətbəxş olub, 69 aptekdə isə uyğunsuzluq aşkar edilib.

Bunlardan 60 aptekdə sanitar norma və qaydalara əməl olunmadığı, 7 aptekdə saxlanma müddəti bitmiş bioloji aktiv qida məhsulunun satıldığı, 2 aptekdə isə bu məhsulun etiket məlumatlarının tələblərə cavab vermədiyi müəyyən edilib. Həmin apteklərin vəzifəli şəxsləri barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Uyğunsuzluq aşkarlanan 2 aptekdə bioloji aktiv qida məhsulunun satışının dayandırılması, 7 aptekdə isə məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.