• 24 Aprel 2024
logo
Zəlzələ ilə bağlı həkimlərdən ibarət heyət yaradıldı

Zəlzələ ilə bağlı həkimlərdən ibarət heyət yaradıldı

Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyində peşəkar həkimlərdən ibarət heyət formalaşdırılıb.

Baymedia.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, ehtiyac yarandığı təqdirdə heyət zərərçəkmişlərin müalicəsinə cəlb olunacaq.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş zəlzələ nəticəsində 3 549 nəfər həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.