• 27 İyul 2024
logo
Qarlı havaya görə məktəblər bağlanıb? – Rəsmi

Qarlı havaya görə məktəblər bağlanıb? – Rəsmi

Qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı bir rəsmi qərar verilməyib.
Bu barədə Baymedia.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, ötən gecədən etibarən Bakı və Abşeron yarımadasına qar yağır. Bu gün havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq.
Paytaxtda qeyri-sabit hava şəraiti yanvarın 12-dək davam edəcək.